PDF Oxu

Dünya

  • 847

Səudiyyə Ərəbistanı Bəhreynə 30 tank göndərib

Səudiyyə Ərəbistanı Bəhreynə 30 tank göndərib
"Əl-Məsri əl-Youm" Misir qəzetinin, şahidlərin dediklərinə əsaslanaraq, yazdığına görə, fevralın 28-də Səudiyyə Ərəbistanı Bəhreynə 30 ədəd tank göndərmişdir. Göndərilən hərbi texnika bazar ertəsi əsas Bəhreyni materiklə birləşdirən kral Fəhtin dambasının 25 kilomertliyində müşahidə edilmişdir. Şahidlərin dediklərinə görə, yüngül avtomobillər 15 qoşqu kolonunun keçib getməsin xeyli gözləməli olmuşlar. Qoşquların hər biri iki tank aparırdı. Şahidlər deyirdilər ki, qoşqu kolonu Bəhreynə doğru gedirdi. Ancaq onlar tankların Səudiyyə Ərəbistanına aid olmasını təsdiq edə bilməmişlər. Qəzetin yazdığına görə, Səudiyyə Ərəbistanına məxsus hərbi texnikanın Bəhreynə aparılması istisna hal kimi dəyərləndirilməlidir. Martın birində Bəhreyndə sünni kral sülaləsi əleyhinə şiələrin kütləvi etiraz aksiyaları keçirilib.

Digər xəbərlər