PDF Oxu

Dünya

  • 763

İraqda qətl törətdiyinə görə, Britaniya hərbçisi 20 il azadlıqdan məhrum edilib

İraqda qətl törətdiyinə görə, Britaniya hərbçisi 20 il azadlıqdan məhrum edilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İraq məhkəməsi Britaniya hərbi qulluqçusu Denni Fittssaymonsu iki nəfəri qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmişdir. Yerli qanunçuluğa əsasən, İraqda ömürlük həbs cəzası 20 il müddətlə məhdudlaşır. Britaniya hərbçisi təqsirini boynuna almışdır. Qətl hadisəsi 2009-cu ilin 9 avqustunda Bağdadın müdafiə olunan "Yaşıl zona"da baş vermişdir. İstintaqın gəldiyi nəticəyə görə, D. Fittssaymons "Armor Group" fərdi mühafizə kompaniyasında işləyərkən, sərxoş halda iki həmkarını güllələmişdir. Onlardan biri britaniyalı Pol Makquiqan, ikincisi isə avstraliyalı Darren Xor olmuşdur. Bundan başqa o, bir iraqlı tərcüməçini də ağır yaralamışdır.

Digər xəbərlər