PDF Oxu

Dünya

  • 702

Almaniya nümayəndəsi Misir hərbiçilərini tərifləyib

Almaniya nümayəndəsi Misir hərbiçilərini tərifləyib
"Doyçland Funkt" qəzetinin yazdığına görə, hazırda Misirdə səfərdə olan Almaniyanın xarici işlər naziri Gido Vestervelle ölkə hərbçilərinin ünvanına xoş sözlər demiş və onların cəhdləri ilə Misirin demokratiya yoluna qədəm qoyacağına əminliyini ifadə etmişdir. G.Vestervelle, fevralın 11-də hakimiyyətə gəlmiş müdafiə naziri, marşal Hüseyn Tantavi başda olmaqla Misir Silahlı Qüvvələri Ali Şurasının yaxın gələcək üçün dəqiq plana malik olduğunu bildirmişdir. Xatırladırıq ki, Ali Şuranın təşəbbüsü ilə konstitusiyaya düzəliş etmək üzrə xüsusi komitə yaradılmış və onun tərkibinə 7 nəfər daxil edilmişdir. Bunlar arasında hakimlər və hüquq sahəsinin mütəxəssisləri olmuşdur. Yeni konstitusiya Misirin gələcək demokratik quruluşuna təminat verəcək.

Digər xəbərlər