PDF Oxu

Dünya

  • 674

Yeni Zelandiyada zəlzələdə ölənlərin sayı 110 nəfəri keçib

Yeni Zelandiyada zəlzələdə ölənlərin sayı 110 nəfəri keçib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Yeni Zelandiyada zəlzələdən sonra ölənlərin sayı 113 nəfərə çatmışdır. Bu məlumatı fevralın 25-də Kraystçerç şəhərinin polis nümayəndəsi açıqlamışdır. Onların məlumatına görə, 200 nəfərdən çox adam itkin düşmüşdür. Yeni Zelandiyanın baş naziri Con Ki dağıntılar altında qalanların arasından sağ qalanların çıxarılacağına az ehtimal qaldığını bildirmişdir. Xilasedicilik-axtarış əməliyyatları davam etməkdədir. Cümə gününə keçən gecə cəmi 3 cəsəd çıxarılmışdır. Krastçerç şəhərində zəlzələ fevralın 27-də baş vermişdir. Onun maqnituda gücü 6,3 bal həddində olmuşdur. Şəhərdə onlarla bina dağılmış, elektrik enerjisi və telefon əlaqəsi kəsilmişdir. Bu şəhərdə fövqəladə vəziyyət elan edilmişdir. İlkin hesablamalara görə, zəlzələnin vurduğu zərər 12 milyard ABŞ dollarına yaxındır.

Digər xəbərlər