PDF Oxu

Dünya

  • 976

ABŞ-ın baş hərbçisi Bəhreynə uçub

ABŞ-ın baş hərbçisi Bəhreynə uçub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ Qərargah Rəisləri Birliyi Komitəsinin sədri Mayk Mallen fevralın 24-də Bəhreynə uçmuşdur. O, Manila aeroportunda təyyarədən düşdükdən sonra jurnalistlər önündəki çıxışında bildirmişdir ki, Bəhreyn ABŞ-ın regiondakı başlıca müttəfiqlərindən biridir. M.Mallenin Bəhreyn kralı Hamad ben İsa əl-Xəlifə və onun varisi şahzadə Salmanla görüşəcəyi ehtimal edilir. M.Mallenin Bəhreynə gəlişi onun Yaxın Şərq regionuna səfərləri çərçivəsində yerinə yetirilir. Bir müddət əvvəl, M.Mallen Səudiyyə Ərəbistanı, Qətər və Omanda olmuşdur. Bəhreyndə etiraz aksiyaları fevralın 14-də başlamışdır və son günlərədək davam edirdi. Etiraz aksiyasını ölkədə əksəriyyət təşkil edən şiələr keçirirdi. Onlar kral hakimiyyətinin məhdudlaşdırılması tələbi ilə çıxış etmişlər. Nümayişləri dağıtmaq üçün ordu qüvvəsindən istifadə edilmişdir. Qarşıdurma nəticəsində 7 nümayişçi həlak ollmuşdur. Manamada keçirilən dinc etiraz aksiyasında ölkə əhalisinin beşdə biri, yəni yüz min nümayişçi iştirak etmişdir. Bəhreyn 1970-ci illərdən etibarən ABŞ-la hərbi sahədə əməkdaşlıq edir. Manamanın ətraf dairələrində ABŞ-ın hərbi-dəniz qüvvələrinin bazaları yerləşir. Bu bazalar ABŞ-ın Fars körfəzi regionunda ən nəhəng hərbi obyektləri hesab edilir.

Digər xəbərlər