PDF Oxu

Dünya

  • 967

“Əl-Qaida" Müəmmər Kəddafini günahsız adamların qətlində ittiham edib

“Əl-Qaida" Müəmmər Kəddafini günahsız adamların qətlində ittiham edib
"Əl-Qaida" beynəlxalq terrorçu təşkilatının Şimali Afrika bölməsi Liviyada dövlət əleyhinə gedən etiraz aksiyalarına dəstək vermiş və hökumət başçısı Müəmmər Kəddafinin əməllərini pisləmişdir. "İslam Məğribində əl-Qaida" Şimali Afrika bölməsi M.Kəddafinin öz rejimini qoruyub saxlamaq cəhdini "günahsız adamların qətlinə fərman verən qorxaq adamın hərəkəti" kimi qiymətləndirmişdir. Bu terrorçu təşkilat müsəlmanları Liviya müxalifətçilərini dəstəkləməyə çağırmışdır. Liviyada müxalifətçilərin etiraz aksiyaları fevralın 16-da başlanmışdır. Tezliklə mitinqçilər nümayişçilərlə rejim strukturlarına loyal münasibət bəsləyən şəxslər arasında qarşıdurmaya çevrilmişdir. Liviya ordusu və polisinin böyük qismi müxalifətçilərin tərəfini saxlamışdır. M.Kəddafi və onun oğulları qarşıdurmanın yaradılmasında xarici ölkə agentlərini ittiham etmiş və hakimiyyət uğrunda son damla qanlarınadək vuruşacaqlarını bəyan etmişlər. M.Kəddafi nümayişçilərin etiraz aksiyalarının qarşısını almaq məqsədilə digər Afrika ölkələrindən olan muzdurların köməyindən istifadə etmişdir. Liviya hərbi-hava qüvvələrində hakimiyyətə loyal münasibət bəsləyən bir neçə pilot nümayişçilərin mövqelərinə raket zərbələri endirmişdir. Ancaq bir müddət sonra digər pilotlar bombardmanda iştirak etməkdən imtina etmişlər. Hazırda Liviya, faktiki olaraq, iki bölgəyə ayrılmışdır. Ölkənin şərq bölgəsi olan Benqazi, faktiki olaraq, M.Kəddafinin nəzarəti altına keçmişdir. Qərb hissədə yerləşən paytaxt Tripoli isə rejim qüvvələrinin nəzarəti altındadır. Qeyri-rəsmi məlumatlara görə, qarşıdurmanın ilk günündən etibarən, yalnız Tripolidə 800 nəfər həlak olmuşdur. Rəsmi məlumatlarda isə, ölkədə 3000 nəfərin həlak olduğu bildirilir.

Digər xəbərlər