PDF Oxu

Dünya

  • 888

Serb generalı Kosovoda etnik təmizlənməyə görə 27 il azadlıqdan məhrum edilib

Serb generalı Kosovoda etnik təmizlənməyə görə 27 il azadlıqdan məhrum edilib
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, istefada olan serb generalı Vlastimir Corceviçi Kosovo ərazisində apardığı etnik təmizlənməyə görə 27 il azadlıqdan məhrum etmişlər. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal V.Corceviçi beş maddə üzrə günahkar bilmişdir. Bundan başqa, generalı qətl törətməkdə və əhalini deportasiya etməkdə ittiham etmişlər. Məhkəmə belə bir qərar qəbul etmişdir ki, V.Corceviç 1999-cu ilin yanvar-iyun ayları arasında 724 Kosovo albanının qətlində iştirak etmişdir. Bir çox hallarda qurbanlar dinc əhali, o cümlədən, qadınlar və uşaqlar həlak olmuşdur. V.Corceviç, həm də 200 min nəfərə yaxın albanı deportasiya etməkdə təqsirli bilmişdir. Məhkəmə belə bir faktı üzə çıxarmışdır ki, general öldürülmüş adamların ümumi qəbirlərdə basdırılmasında şəxsən iştirak etmişdir. 62 yaşlı M.Corceviç heç bir günahının olmadığını iddia etməkdə davam edir. O, bütün serb qüvvələrini öz nəzarəti altında saxlamaq gücündə olmadığını bildirir. Buna baxmayaraq, hakim Kevin Parker M.Corceviçin alban əhalisi əleyhinə kampaniyada başlıca rol oynadığını sübut etmişdir. M.Corceviç beynəlxalq məhkəmənin azadlıqdan məhrum etdiyi altıncı adamdır. İstefada olan general Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloşeviçin yaxın həmkarı olmuşdur. S.Miloşeviçin 2006-cı ildə Haaqa həbsxanasında vəfat etdiyi məlumdur.

Digər xəbərlər