PDF Oxu

Dünya

  • 724

KXDR-də ordu ilə xalq arasında toqquşma baş verib

KXDR-də ordu ilə xalq arasında toqquşma baş verib
"Çoson İlbo" Cənubi Koreya qəzetinin fevralın 24-də yazdığına görə, Şimali Koreyada əhali ilə əsgərlər arasında fevralın 18-də Sinıycu şəhərində qarşıdurma baş vermişdir. Bu şəhər Şimali Koreya ilə Çin sərhədi yaxınlığında yerləşir. Nəşrin məlumatına görə, xalq həyəcanlarında yüzlərlə şəhər sakini iştirak etmişdir. Qarşıdurma zamanı bir çox şəhər sakinləri yaralanmışdır. 4-5 nəfərin öldüyü haqda xəbər yayılmışdır. Ancaq bu faktı təsdiq edən rəsmi məlumat yoxdur. Qəzetin yazdığına görə, xalq həyəcanları bir polis əməkdaşının şəhər bazarlarından birində bir satıcını döyməsindən sonra başlamışdır. Xəsarət alan şəxsin hirslənmiş qohumları polisə hücum etmişlər. Yaxınlıqdakı polislər də həmkarlarının köməyinə tələsmişdir. Bundan sonra bazar əhli polisə hücum etmişdir. Həyəcan dalğasının artdığını görən hökumət nümayəndələri şəhərə hərbi dəstələr göndərmişdir. Yerli mənbələrin məlumatına görə, fevralın 16-da Kim Çen İrin ad günü keçirilərsə, əhalinin bir çoxuna əlavə pay çatmamışdır. Narazılığın səbəbinin məhz bu amil olduğu bildirilir. "Çoson İlbo" fevralın 23-də yazırdı ki, Şimali Koreya liderinin ad günü ərəfəsində ölkənin bir sıra şəhərlərində, o cümlədən, Çoncuda, Yonçxon və Sonçxon əyalətlərində etiraz aksiyaları keçirilmişdir. Əhali elektrik cərəyanının bərpa edilməsini və qida tələb edirdi. Kim Çen İrin ad günü ərəfəsində ölkənin bu məntəqələrində elektrik nəqli kəsilmişdi.

Digər xəbərlər