PDF Oxu

Dünya

  • 875

Tripolidə ölənlərin sayı 800 nəfər çatıb

Tripolidə ölənlərin sayı 800 nəfər çatıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumat görə, Liviya hökumətinin rəsmi məlumatına görə, fevralın 16-dan etibarən qarşıdurma zəminində 111 hərbi qulluqçu və 189 mülki şəxs həlak olmuşdur. Hökumət Benqazi şəhərində 104 nəfər mülki şəxsin, 10 nəfər isə hərbi qulluqçunun öldürüldüyünü bildirir. Hüquq-mühafizə təşkilatları isə ölənlərin sayının yüzlərlə olduğunu bəyan edir. Öz mənbələrinin məlumatlarına əsaslanan "Əl-Ərəbiyyə" telekanalı Tripolidə həlak olanların 800 nəfər olduğunu bildirir. "Human Rights Watch" təşkilatı fevralın 20-dən etibarən Tripoli şəhərində 62 nəfərin öldürüldüyünü bildirir. Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Liviyada öldürülənlərin ümumi sayının 600 nəfərə yaxın olduğunu bəyan etmişdir. Liviya Ümumxalq Konqresinin sədri Məhəmməd Zvey keçirdiyi mətbuat konfransında demişdir ki, ölkənin regionlarının əksəriyyətində vəziyyət sabitdir. Onun dediyinə görə, Müəmmər Kəddafi hökuməti keçirilən etiraz aksiyalarının təhqiqatını aparan komissiya yaradılmışdır. M.Zveyin dediyinə görə, hazırda ölkədə baş verməkdə olan qarmaqarışıq vəziyyət parlament islahatlarının keçirilməsinə mane olur. Liviya hərbi-hava qüvvələrinin komandan müavini Cəbril əl-Kadikinin dediyinə görə, hava bombardmanı nəticəsində ölkənin şərq, cənub və cənub-qərb bölgələrində yerləşən silah anbarları partladılmışdır. Onun dediyinə görə, havadan endirilən zərbələr yaşayış məntəqələrindən kənarlarda olmuşdur. Xatırladırıq ki, çərşənbə axşamı M.Kəddafi istefaya çıxmağa hazırlaşmadığını və etiraz aksiyaları keçirənlərin hamısının məhv ediləcəyini bildirmişdi. Bəzi müşahidəçilər belə hesab edirlər ki, camahiriyyə lideri ölkənin güc strukturlarına soyqırımı törətməyə göstəriş vermişdir.

Digər xəbərlər