PDF Oxu

Dünya

  • 893

Bəhreyndə məhbuslar azadlığa buraxılıb

Bəhreyndə məhbuslar azadlığa buraxılıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Bəhreyndə kral Hamad ben İsa əl-Xəlifənin əfv etdiyi 23 şiə azadlığa buraxılmışdır. Məhbusların azadlığa buraxılması şiə müxalifətçilərinin başlıca tələblərindən biri idi. Azadlığa buraxılan məhbuslar vaxtilə qeyri-qanuni təşkilat yaratdıqlarına görə ittiham edilmişdilər. Onların terrorçulara kömək etdikləri və yalan informasiya yaydıqları iddia edilirdi. Bəhreyn müxalifəti isə bu ittihamları siyasi manipulyasiya hesab edir. Kral bu məhbusların azadlığa buraxılmaları haqda sərəncamı fevralın 21-də imzalamışdı. "Nyu York Tayms" qəzetinin yazdığına görə, fevralın 22-də ölkənin paytaxtı Manamada keçirilən dinc nümayişlərdə 100 min nəfər iştirak etmişdir. Bəhreyn əhalisi 500 min nəfərdir. Bundan başqa, burada 235 min mühacir yaşayır. Bəhreyndə şiələrin etiraz aksiyaları fevralın 14-də başlanmışdır. Qarşıdurma zamanı ən azı 7 nümayişçi həlak olmuşdur. Bəhreyndə şiələr əksəriyyət təşkil edir. Hakimiyyət kürsüsü isə sünni azlığının əlindədir. Odur ki, müxalifətçi şiələr monarxın hakimiyyətini məhdudlaşdırmaq məqsədilə konstitusiya islahatları keçirilməsini tələb edirlər.

Digər xəbərlər