Biznesmen Becet Pakolli Kosovo prezidenti seçilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, çərşənbə axşamı Kosovoda keçirilən parlament seçkilərində milliyyətcə alban olan sahibkar Becet Pakolli Kosovo prezidenti seçilmişdir. "Yeni Kosovo Alyansı"na başçılıq edən B.Pakolli prezidentliyə yeganə namizəd olmuşdur. Bir müddət əvvəl, B.Pakollinin rəhbərlik etdiyi alyans Demokratik Partiyaya başçılıq edən ölkənin baş naziri Haşim Taçi ilə prezidentlik postunun tutulması haqda razılaşma əldə etmişdir. Məlum olduğu kimi, H.Taçi seçkilərdə qalib gəlsə də, ölkənin digər siyasi partiya və birlikləri ilə koalisiya formalaşdıra bilməmişdir. İlk iki turda H.Taçi üçdə iki səs çoxluğu qazanmağa nail olmamışdır. Üçüncü turda isə, o, nəhayət, qalib gəlmişdir. Səsvermədə 120 deputatdan 67 nəfəri iştirak etmiş, bu səbəbdən müxalifətçilər zalı tərk etmişlər. Nəticədə, H.Taçi 62 səs qazanaraq, qalib gəlmişdir. Ölkə qanunçuluğuna əsasən, bu, sadə səs çoxluğu ilə uğur qazanmaq deməkdir. Parlamentdə iştirak edən 65 deputat H.Taçinin yeni müddətə seçilməsini təsdiq etmişdir.
H.Taçi 1990-cı illərdə Kosovo Azadlıq Ordusunun liderlərindən biri olmuşdur. Bəzi Avropa siyasətçiləri onu insan orqanlarının və narkotik maddələrin satılmasında ittiham edirdilər. Rəsmi ittiham aktının olmaması səbəbindən H.Taçi əleyhinə məhkəmə təhqiqatı aparılmamışdır. B.Pakollinin "Mabeteks" adlı kompaniyası vardı və o, bu kompaniya vasitəsilə 1990-cı illərdə sifariş üzrə bərpa işləri aparırdı.