PDF Oxu

Dünya

  • 983

Yeni Zelandiyada 70 nəfərdən çox adam zəlzələ nəticəsində həlak olub

Yeni Zelandiyada 70 nəfərdən çox adam zəlzələ nəticəsində həlak olub
Yeni Zelandiyanın baş naziri Con Keyin verdiyi məlumata görə, ölkənin Kraystçerç şəhərində baş vermiş zəlzələ nəticəsində 70 nəfərdən çox adam həlak olmuşdur. Onun "Frans Press"ə ötürdüyü məlumata görə, uçmuş binalar təmizləndikdən sonra ölənlərin sayı arta bilər. Nazirin fikrincə, 10-larla adam uçqunlar altında qalmışdır. Maqnituda sahəsi 6,3 həddində olan zəlzələ Kraystçerç şəhərinin 5 kilometrliyində fevralın 22-də yerli vaxtla saat 13:00 radələrində baş vermişdir. Birinci təkandan sonra maqnituda sahəsi 5,7 həddində olan ikinci zəlzələ olmuşdur. Şəhərdə minlərlə insan işıqsız qalmışdır. Mobil əlaqə fasilələrlə işləyir. Şəhərdə avtomobil və dəmiryol nəqliyyatının hərəkəti tamamilə iflic vəziyyətidədir. Şəhər aeroportunda dispetçer qülləsi yıxıldığından uçuşlar dayandırılmışdır. Şəhərdə xüsusi vəziyyət elan edilmişdir. 2010-cu il sentyabrın əvvəlində Kraystçerçin 30 kilometr qərb hissəsində maqnituda gücü 7 və 7,4 həddində olan zəlzələ baş vermişdir. O vaxt dağıntılar çox olsa da, yalnız iki nəfər ağır yaralanmışdı.

Digər xəbərlər