PDF Oxu

Dünya

  • 852

Misir öz qoşunlarını Liviya sərhədi boyunca düzüb

Misir öz qoşunlarını Liviya sərhədi boyunca düzüb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Misir hökuməti Liviya sərhədində dislokasiya edilmiş silahlı qüvvələrinin fəaliyyətini gücləndirmək qərarına gəlib. "Röyters"in məlumatına görə, Misir tərəf sutka ərzində ölkə ərazisində sığınacaq axtaran Liviya qaçqınlarına kömək edir. Əvvəllər, Misirə məxsus Salum sərhəd-keçid məntəqəsi gün ərzində cəmi bir neçə saat işləyirdi. Sərhəd boyu iki düşərgə salınmış və iki məxfi qospital yaradılmışdır. Hazırda Misir-Liviya sərhədi birtərəfli qaydada yalnız Misir tərəfindən mühafizə edilir. Çünki ölkədə baş vermiş qarşıdurma gücləndikdən sonra Liviya sərhədçiləri öz postlarını tərk etmişdir. Misir Liviyanın şərq hissəsi ilə həmsərhəddir. M.Kəddafi əleyhinə başlıca çıxışlar da məhz bu məntəqələrdə daha çox müşahidə edilir. Fveralın 11-dən sonra Hüsnü Mübarək prezident postundan getməyə məcbur olmuşdur. Hakimiyyət hərbi şuraya təhvil verilmişdir.

Digər xəbərlər