PDF Oxu

Dünya

  • 859

Yəmən prezidenti istefaya çıxmaqdan imtina edib

Yəmən prezidenti istefaya çıxmaqdan imtina edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Yəmən prezidenti Əli Abdulla Saleh fevralın 21-də keçirdiyi mətbuat konfransında müxalifətin heç bir tələbinin onun istefaya çıxmasına səbəb olmayacağını bəyan etmişdir. "Mən yalnız bir halda istefaya çıxaram. Bu da o vaxt mümkündür ki, seçkilərdə məğlub olum" deyə Yəmən prezidenti bildirmişdir. Əli Abdulla Saleh Yəməndə hakimiyyətə 1978-ci ildə gəlmişdi. Bir müddət əvvəl, isə o, müxalifətçiləri təzyiqi altında növbəti seçkilərdə iştirak etməyəcəyini vəd etmişdi. Yəməndə müxalifətin kütləvi etiraz aksiyaları 2011-ci ilin yanvarında başlamış, fevral ayında isə yeni qüvvə ilə kükrəməyə başlamışdır. Sana, Taiz, Ədən və Yəmənin digər şəhərlərində küçə və meydanlara axışan nümayişçilər prezidentin istefasını tələb edirlər. Növbəti genişmiqyaslı nümayiş fevralın 21-də paytaxt universiteti binası qarşısında keçirilir. Agentlik nümayişdə bir neçə min nəfərin iştirak etdiyini bildirir. Əli Abdulla Salehin istefaya çıxmayacağı haqqındakı bəyanatı Yəmən polisi Ədən nümayişçilərini gülləbaran etdikdən dərhal sonra səslənmişdir. Fevralın 16-da Ədəndə həlak olanların sayı 12 nəfər, yaralananların sayı isə 70 nəfərdən artıq olmuşdur.

Digər xəbərlər