PDF Oxu

Dünya

  • 761

Sudan prezidenti növbəti seçkilərdə iştirak etməyəcəyini bildirib

Sudan prezidenti növbəti seçkilərdə iştirak etməyəcəyini bildirib
"Röyters" informasiya agentliyinin fevralın 21-də yaydığı məlumata görə, Sudan prezidenti Ömər əl-Bəşir növbəti prezident seçkilərində iştirak etməyəcəyini bildirmişdir. Məlumatı agentliyə iqtidarda olan Sudan Milli Konqresi partiyasının yüksək vəzifəli mənbəsi ötürmüşdür. Bir qədər əvvəl agentlik partiyadakı başqa mənbənin dediklərinə əsaslanaraq, 1989-cu ildən ölkəni təkbaşına idarə edən əl-Bəşirin bir sıra demokratik islahatlar keçirməyə hazırlaşdığını bəyan etmişdi. Prezidentliyə namizədliyi irəli sürülən şəxslərin yaş həddinin 60 yaş səviyyəsində məhdudlaşdırılacağı gözlənilir. Bəyanatda deyilirdi ki, 67 yaşı tamam olan dövlət başçısı istefaya çıxmağa hazırlaşır. Bundan başqa, prezidentin korrupsiyaya qarşı komissiya yaratmaq istədiyi, bir müddət keçdikdən sonra isə partiya və hökumət tərkibinə gənclərin cəlb olunacağı haqda qərar qəbul edəcəyi bildirilirdi. Sudanda növbəti prezident seçkiləri 2015-ci ildə keçirilməlidir. 2010-cu ilin aprelində keçirilmiş prezident seçkilərində Ömər əl-Bəşir 68 faiz seçici səsi toplayaraq qalib gəlmişdir. O vaxt Sudanın bəzi müxalifət partiyaları seçkiləri boykot etmişdilər. 2011-ci ilin yanvar-fevral aylarında Sudanda hökumət əleyhinə nümayişlər keçirilmişdir.

Digər xəbərlər