PDF Oxu

Dünya

  • 893

Liviya nümayişçiləri paytaxtın mərkəzinə doğru irəliləyib

Liviya nümayişçiləri paytaxtın mərkəzinə doğru irəliləyib
"Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, Liviyanın paytaxtı Tripoli şəhərində nümayişçilər hökumət binası kompleksini yandırmışlar. "Frans Press"in məlumatına görə, insident fevralın 21-nə keçən gecə törədilmişdir. Yanğın zamanı xəsarət alanlar arasında polis əməkdaşları da olmuşdur. Dövlət telekanalının ofisi talan edilmişdir. "Əl-Şəbəbiyyə" radiostansiyasının ofisi də hücuma məruz qalmışdır. Bu səbəbdən bazar günü radiostansiya verilişləri efirə çıxmamışdır. "Assoşieyted Press"in məlumatına görə, fevral ayının 20-də axşam radələrində təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşma baş vermişdir. Nümayişçilər şəhərin mərkəzini ələ keçirməyə çalışırdılar. Şahidlərin dediyinə görə, Müəmmər Kəddafinin tərəfdarları evlərin damından və hərəkət edən avtomobillərdən nümayişçilərə atəş açırlar. Qarşıdurma fevralın 21-i səhərədək davam etmişdir. Bir qədər əvvəl, M.Kəddafinin Liviyanı tərk etməsi haqda xəbərlər yayılmışdı. Liviya prezidentinin oğlu Saif əl-İslamın dediyinə görə, bir neçə hərbi baza və texnika ələ keçirilmişdir. Onların içərisində tanklar da olmuşdur. Liviya ordusunun bəzi hissələri və bəzi polis dəstələri nümayişçilərin tərəfinə keçmişdir. Liviyanın Ərəb Dövlətləri Liqasındakı səfiri Abdel Moneim Xoni fevralın 20-də dəstəklədiyini bəyan edərək, tutduğu vəzifədən istefa vermişdir. Liviyanın Çindəki səfiri Hüseyn Sadiq öz səlahiyyətlərindən imtina etmiş və diplomatik korpus üzvlərinin hamısını istefaya çağırmışdır. Fevralın 15-dən indiyədək Liviyada 233 nəfər həlak olmuşdur.

Digər xəbərlər