PDF Oxu

Dünya

  • 642

Yəməndə etiraz aksiyası zamanı 31 nəfər xəsarət alıb

Yəməndə etiraz aksiyası zamanı 31 nəfər xəsarət alıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, ötən gün Yəməndə baş vermiş etiraz aksiyası zamanı ən azı 31 nəfər bədən xəsarəti almışdır. Liman şəhəri Ədəndə nümayişçilər prezidentin istefasını tələb edərkən, polis odlu silahdan istifadə etmiş, nəticədə 6 nəfər yaralanmışdır. Etiraz aksiyasında iştirak edən yüzlərlə insan küçələrdə barrikadalar qurur, avtomobillərin şinlərini yandırırdılar. Yaxınlıqdakı 3 mehmanxana və bir neçə mağaza darmadağın edilmişdir. Qanun pozuntusu ikinci gündür ki, davam edir. Çərşənbə axşamı Ədəndə baş vermiş qarşıdurma zamanı 20 nəfər bədən xəsarəti almış, təxminən bir o qədər də həbs edilmişdir. Paytaxt Sana şəhərində polislə qarşıdurma zamanı 25 nəfər mitinq iştirakçısı zərər çəkmişdir. Hadisəyə müdaxilə etmək istəyən polis prezident Əli Abdulla Salehin tərəfdarlarının atəşindən sonra hücumu dayandırmışdır. "Frans Press" xəbər verir ki, fotomüxbirlərdən biri başına dəyən daş zərbəsindən sonra yerə yıxılmışdır. Prezident tərəfdarları operatoru döymüşlər. Yəmən paytaxtında nümayişlər ardıcıl olaraq davam etdirildikdən sonra, etiraz aksiyaları ölkənin digər şəhərlərinə də keçmişdir. Bütün şəhərlərdə nümayişçilər prezidentin istefası tələbini irəli sürürlər. Baxmayaraq ki, ölkə prezidenti milli etimad hökumətinin formalaşdırılması üçün dialoqa başlamağa hazır olduğunu bildirmişdir. Abdulla Saleh Yəmən prezidenti postunu 2006-cı ilin sentyabrında tutmuşdu və 7 il müddətində prezident seçilmişdir. Ancaq o, bundan əvvəl də dövlət başçısı vəzifəsini icra etmişdi. O, 32 il hakimiyyət başında olmuşdur. 2011-ci il fevral ayının əvvəllərində Abdulla Saleh növbəti prezident seçkilərində iştirak etməyəcəyini və bu postu oğluna ötürməyəcəyini bəyan etmişdi.

Digər xəbərlər