PDF Oxu

Dünya

  • 854

Belçikada hökumətin qətiyyətsizliyi əleyhinə etiraz aksiyası keçirilib

Belçikada hökumətin qətiyyətsizliyi əleyhinə etiraz aksiyası keçirilib
"The Daily Teleqraf" qəzetinin yazdığına görə, fevralın 17-də Belçikanın Gent şəhərində hökumət əleyhinə keçirilən etiraz aksiyasında 50 nəfərədək nümayişçi çılpaq vəziyyətdə küçədən keçmişdir. Nümayişçilər ölkə siyasətçilərinin 249 gün ərzində hökuməti formalaşdıra bilməmələrinə bu cür cavab vermişlər. Onlar öz bədənləri ilə "birlik" sözü formasında düzülmüşlər. Alkoqollu içkilərlə canlarını qızdıran nümayişçilərin əksəriyyəti tələbələr olmuşdur. Etiraz aksiyaları franko ləhcəli Luven-lya-Nev şəhərində də keçirilmişdir. Burada nümayişçilər paltarlarını soyunmamışlar. Min nəfərdən çox mitinqçi "Bir elə bir deməkdir" şüarı formasında düzülmüşdür. Həmin ifadə flamand və fransız dillərində səslənmişdir. Hakimiyyəti formalaşdıra bilməməyin rekord müddəti kimi 249 gün götürülmüşdür. İlk dəfə bu müddət ərzində hökuməti formalaşdıra bilməmək İraqın payına düşmüşdür. Fevralın 18-də Belçika bu rekordu qıraraq, 250 gün müddətinə hökuməti formalaşdıra bilmədiyini sübut etmişdir. "Assoşieyted Press" agentliyinin məlumatına görə, Gentdə keçirilən etiraz aksiyaları zamanı iki iraqlı palma birinciliyi rəmzi kubokunu belçikalılara ötürmüşdür.Belçikada parlament seçkiləri 2010-cu ilin 13 iyununda keçirilmişdir. Yeni Flamand Alyansı seçkidə qələbə qazanmışdı. Onlar tələb edirlər ki, fransız və flamand dilli birlik iki krallığa ayrılsın. Bu andan etibarən hökuməti formalaşdırmaq mümkün olmur. Gentdə yaşayan flamanddilli hissə fransızdilli hissədən varlı olduğundan, muxtariyyət tələb edir.

Digər xəbərlər