PDF Oxu

Dünya

  • 710

Kosovo əsilli şəxslər Londonun mərkəzində kütləvi qarşıdurma yaradıblar

Kosovo əsilli şəxslər Londonun mərkəzində kütləvi qarşıdurma yaradıblar
"The Daily Mail" qəzetinin yazdığına görə, fevralın 17-də Londonun mərkəzində yerləşən Trafalqar meydanında kütləvi dalaş müşahidə edilmişdir. Polisin qənaətinə görə, qarşıdurmanı Kosovo əsilli vətəndaşlar törətmişlər. Axşam saat 4 radələrində başlamış dalaş təxminən 1 saat yarım davam etmişdir. İki yeniyetmə gənc qrupu Nelson sahəsindən enib, çoxlu miqdarda turistlər qarşısında əlbəyaxa olmuşdur. Polisin 1 saat yarım ərzində nə səbəbə işə qarışmaması haqda məlumat verilmir. Sonradan işə qarışan polis 19 nəfəri həbs etmişdir. London xəstəxanasına çoxsaylı bıçaq yarası ilə 3 yeniyetmə gətirilmişdir. Onlardan ikisinin vəziyyəti ağırdır. Qarşıdurmanın səbəbi naməlum olaraq qalmaqdadır. Nəşrin məlumatına görə, davada iki bir-birinin əksi olan bandit dəstəsi iştirak edirdi. Polis belə ehtimal irəli sürür ki, gənclər Kosovonun müstəqilliyinin üç illiyi ilə əlaqədar qalmaqal yaratmışlar. Həbs edilənlər haqda cinayət işinin qaldırılıb-qaldırılmaması məlum deyil.

Digər xəbərlər