PDF Oxu

Dünya

  • 637

İran hökuməti "nifrət mitinqi" keçirməyi planlaşdırır

İran hökuməti "nifrət mitinqi" keçirməyi planlaşdırır
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İranın hakimiyyət dairələri fevralın 18-də Tehranda müxalifətçilər əleyhinə mitinq keçirməyi planlaşdırır. İranın hakimiyyət dairələri müxalifət əleyhinə mitinq iştirakçılarının şəkaak liderlərə münasibətdə "öz nifrətlərini aşkar surətdə" büruzə verməyə çağırır. Hakimiyyət dairələri müxalifət liderlərinin əməllərini cinayət kimi xarakterizə edir, vədlərini isə yalan və ikiüzlülük kimi dəyərləndirirlər. Aksiya günorta namazından sonra Tehranın mərkəzi meydanlarından birindəki məsciddə keçiriləcəkdir. Əvvəllər bu vaxta müxalifətçilərin yeni çıxışı təyin edilmişdi. Həftənin əvvəllərində isə İranda hakimiyyət dairələri əleyhinə keçirilmiş nümayişlər polislə toqquşma zəminində keçirilmişdir. Nəticədə bir nəfər həlak olmuş, onlarla adam yaralanmış, 200 nəfərdən çox adam isə həbs edilmişdir. İranda xalq hərəkatı fevralın 11-də Misir prezidenti Hüsnü Mübarək istefa verdikdən sonra başlanmışdır. H.Mübarəkin istefası 18 günlük kütləvi etiraz dalğası ilə qarşılanmışdı. Nümayişlərdə bir neçə milyon Misir vətəndaşı iştirak etmişdi. Yanvar və fevral aylarında keçirilən kütləvi etirazları Tunisdə də hakimiyyət dəyişikliyi ilə nəticələnmişdi. Çoxsaylı etiraz aksiyaları Əlcəzair, İordaniya, Yəmən, Bəhreyn və Livanda da keçirilmişdir.

Digər xəbərlər