PDF Oxu

Dünya

  • 944

"Hizbullah" İsraili Qalileyi ələ keçirəcəyi ilə hədələyib

"Hizbullah" İsraili Qalileyi ələ keçirəcəyi ilə hədələyib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, "Hizbullah" Livan İslamçı Hərəkatının lideri Hasan Nəsrullah öz tərəfdarlarını İsrail əleyhinə hərbi əməliyyatlara hazırlaşmağa çağırmışdır. "İslam müqavimət hərəkatı" döyüşçüləri H.Nəsrullahın çağırışı ilə İsrailin şimalında Livan sərhədində yerləşən Qaliley yaşayış məntəqəsini tutmalıdırlar. H.Nəsrullah ərazini yalnız İsrail və Livan arasında silahlı konfliktin yaranacağı təqdirdə "azad etməyi"n lazım gəldiyini vurğulayır. Bəyanat "Hizbullah" hərəkatının liderlərindən biri olan Abbas əl-Musavinin ölümünün 19 illiyinə həsr edilmiş televiziya çıxışında H.Nəsrullah tərəfindən verilmişdir. Əl-Musavi İsrail hərbi-hava qüvvələrinin endirdiyi raket zərbəsi nəticəsində həlak olmuşdu. Bir neçə gün əvvəl İsrailin müdafiə naziri Ehud Barak demişdir ki, TSAXAL hərbçiləri yenidən Livan ərazisinə soxula bilər. İsraillə Livan arasında son böyük silahlı toqquşma 2006-cı ildə baş vermişdir. O vaxt Livanın itkiləri 1200 nəfər olmuşdu ki, onlarında əksəriyyəti dinc sakinlər idi. İsrail isə cəmi 160 nəfər əsgər itkisi vermişdir. Bu qarşıdurma tarixə İkinci Livan müharibəsi kimi düşmüşdür. İsrail və Livan arasında olmuş Birinci müharibə 1982-ci ildə baş vermiş və nəticədə, "Hizbullah" hərəkatı yaranmışdır. Bu müharibə İsraildə "Qalileydə Sülh" hərbi əməliyyatı kimi tanınır.

Digər xəbərlər