PDF Oxu

Dünya

  • 835

Bəhreyn polisi müxalifətçiləri baş meydandan çıxarıb

Bəhreyn polisi müxalifətçiləri baş meydandan çıxarıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Bəhreynin paytaxtı Manama şəhərinin mərkəzi meydanında çadır şəhərciyi yaradan müxalifətçilər Bəhreyn polisi tərəfindən qovulmuşlar. Qarşıdurma zamanı iki nəfər həlak olmuşdur. "Assoşieyted Press"in məlumatına görə, nümayişçilərin dağıdılmasında Bəhreynin təhlükəsizlik qüvvələri və polis əməkdaşları iştirak etmişlər. Mitinqçilərə qarşı gözyaşardıcı qazlardan və rezin güllələrdən istifadə olunmuşdur. "Əl-Vifak" müxalifətçi şiə partiyası nümayəndəsinin dediyinə görə, əməliyyat zamanı 50 nəfər yaralanmışdır və onların ən azı 10 nəfəri ağır bədən xəsarəti almışdır. Manamanın mərkəzi meydanında palata şəhərciyi fevralın 14-də qurulmuşdur. Orada minlərlə nümayişçi etiraz aksiyası keçirmişdir. Həmin gün polislə qarşıdurma zamanı 1 müxalifətçi həlak olmuşdur. Ertəsi gün daha bir müxalifətçi öldürülmüşdür.

Digər xəbərlər