PDF Oxu

Dünya

  • 720

Tehranda dəfn zamanı qarmaqarışıqlıq yaranıb

Tehranda dəfn zamanı qarmaqarışıqlıq yaranıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Tehranda baş vermiş kütləvi qanun pozuntusu nəticəsində həlak olmuş şəxsin dəfni zamanı müxalifət nümayəndələri və prezident Mahmud Əhmədinejad tərəfdarları arasında toqquşma yaranmışdır. Həlak olmuş tələbə Sani Jalənin vida mərasimi Tehran Təsviri Sənət Universitetinin binasında keçirilmişdir. Tələbənin qətlinin təfərrüatı haqda dəqiq məlumat yoxdur. Dövlət kütləvi informasiya vasitələri yazırlar ki, onu müxalifətçilər güllələmişlər. Nümayişçilər isə tələbənin polislə toqquşma nəticəsində həlak olduğunu bildirirlər. Tehran müxalifətinin etiraz aksiyaları fevralın 11-də Misir prezidenti Hüsnü Mübarəkin istefası fonunda üç həftə davam etmiş və bütün ölkəni əhatə etmişdir. İlk qurban fevralın 14-də qeydə alınmışdır. O vaxt bir nəfər həlak olmuş, 10-larla nümayişçi isə yaralanmışdır. İran hökuməti qeyri-hökumət kütləvi informasiya vasitələrinin fəaliyyətini məhdudlaşdırmış, interneti isə qapamışdır. Odur ki, baş verən hadisələr haqda konkret məlumat almaq çətinləşmişdir. Bununla belə, "BBC Nyus" həmin gün iki nəfərin həlak olduğunu bildirir. Tehranda keçirilən kütləvi aksiyalar M.Əhmədinejadın hakimiyyəti əleyhinə yönəldilmişdi. Ölkə paytaxtının Azadi və İnqilab küçələrinə 10 minlərlə nümayişçi toplaşmışdır. Müxalifət liderlərindən biri olan Mirhüseyn Musəvi ev dustağı edilsə də, nümayişçilərin qarşısına çıxa bilmişdir. M.Əhmədinejad kütləvi hərəkatı kəskin surətdə tənqid etmiş, hadisəni qızışdırmaqda İran düşmənlərini pisləmiş və qayda pozuntusu təşkilatçılarını cəzalandırmağı tapşırmışdır.

Digər xəbərlər