PDF Oxu

Dünya

  • 841

Tunisdə komendant saatı götürülüb

Tunisdə komendant saatı götürülüb
"TAP" Tunis informasiya agentliyinin yaydığı məlumata görə, ölkənin hakimiyyət dairələri hökumət əleyhinə həyəcan dalğalarının davam etdiyi vaxtdan etibarən, ilk dəfə olaraq, ölkədə tətbiq edilən komendant saatının təxirə salınması haqda qərar qəbul etmişlər. Bu yöndə bəyanatı Tunisin Daxili İşlər Nazirliyi yaymışdır. Agentlik qeyd edir ki, komendant saatının ləğv edilməsinə baxmayaraq, Tunis vətəndaşlarının üç nəfərdən artığının bir yerə toplaşması qadağan edilir. Hüquq-mühafizə orqanı əməkdaşlarına şübhəli görünən hər bir şəxsə atəş açmaq əmri verilmişdir. Paytaxtda səhər saat 4-dək avtomobillərin hərəkətinə qadağa qoyulmuşdur. Polis və nümayişçilərin toqquşması nəticəsində 100 nəfərədək insan həlak olmuşdur. Nümayişlərin başlanmasından bir neçə gün sonra ölkə prezidenti qaçmışdır. Yeni formalaşdırılmış müvəqqəti koalisiya hökuməti Ben Əlinin başçılıq etdiyi iqtidar partiyasının fəaliyyətini dayandırmışdır.

Digər xəbərlər