PDF Oxu

Dünya

  • 713

Əfqanıstan koalisiya qüvvələrinin komandanı Devid Petreus tutduğu postu tərk edəcək

Əfqanıstan koalisiya qüvvələrinin komandanı Devid Petreus tutduğu postu tərk edəcək
Britaniyanın "Tayms" qəzetinin yazdığına görə, ABŞ quru qoşunlarının generalı Devid Petreus NATO-nun Əfqanıstandakı koalisiya qüvvələrinin komandanlığı postunu tərk edəcəkdir. Britaniyanın hərbi dairələrindəki məlumatlı mənbələr D.Petreusun istefasını 2011-ci ilin axırlarında planlaşdırıldığını bəyan edirlər. Generalın bu postu tərk etməsi Vaşinqtonun bu regiondakı kadr dəyişikliyinin bir hissəsini təşkil edir. D.Petreusun müavini Devid Rodriges və ABŞ-ın Kabuldakı səfiri Karl Eykenberrinin də tutduqları postdan gedəcəkləri gözlənilir. Məlumatın rəsmi təsdiqi olmasa da, qəzet Pentaqonun mətbuat katibi Ceff Morrelin jurnalistlər qarşısında D.Petreus haqda dediklərinə əsaslanır: "General Petreus 2001-ci ilin 9 sentyabrından başlayaraq, bir an da olsa dayanmadan, öz işini çox mükəmməl tərzdə yerinə yetirir və bu hal uzun müddət davam edə bilməz". C.Morrel deyir ki, müdafiə naziri Robert Geyts və prezident Barak Obama artıq D,Petreusun istefası haqda düşünməkdədir. Sonra özü də təsdiq edir ki, hələlik, D.Petreusa münasibətdə heç bir konkret qərar qəbul edilməyib. "D.Petreus fövqəlinsandır. Bu cür ağılasığmaz tempdə yalnız o, işləyə bilər. Ancaq gec-tez onun da rotasiya müddəti başa çatacaqdır" deyə C.Morrel bildirir. D.Petreus 2010-cu ilin yayından Əfqanıstanda NATO koalisiya qüvvələrinə başçılıq edir. O, bu vəzifədə general Stenli Makkristalı əvəz edib. Xatırladırıq ki, S.Makkristal "Polling Stone" jurnalında müsahibə verərkən, ABŞ rəhbərliyini tənqid atəşinə tutmasından, vitse-prezident Cozef Bayden haqda kobud fikir söylədiyindən, bu, Ağ Evdə narahatlıqla qarşılanmışdı.

Digər xəbərlər