PDF Oxu

Dünya

  • 714

Bəhreyndə qarşıdurma ölümlə nəticələnib

Bəhreyndə qarşıdurma ölümlə nəticələnib
Britaniyanın "Qardian" qəzetinin yazdığına görə, fevralın 14-də Bəhreyndə polisin nümayişçilərlə toqquşması nəticəsində bir nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır. Qəzet ölən adamın başından yaralandığını qeyd edir. "Röyters" isə xəbər verir ki, Bəhreynin paytaxtı Manama xəstəxanasında həlak olmuş 22 yaşlı kənd sakini kürəyindən güllə yarası almışdır. Agentlik qeyd edir ki, Manamada vəziyyət sabit olsa da, oraya böyük miqdarda hüquq-mühafizə orqanı əməkdaşları və patrul vertolyotları göndərilib. Nümayişçilərin polislə toqquşması Diraz, Nevidrat kəndlərində və şiələrin məskunlaşdıqları digər yaşayış məntəqələrində baş vermişdir. Nümayiş təşkilatçıları Bəhreynin yaşından və cinsi mənsubiyyətindən asılı olmayaraq, bütün əhalisini dinc nümayişlərdə iştirak etməyə çağırmışlar. Bəhreyn şiələri ölkədə əksəriyyət təşkil etsə də, kral ailəsinin mənsub olduğu azsaylı sünnilər tərəfindən sıxışdırılmalarından şikayət edirlər. Nümayişçilər tələb edirlər ki, sünnilərin və şiələrin iştirakı ilə ölkənin yeni Konstitusiyası qəbul edilsin, baş nazir vəzifəsi seçki vasitəsi ilə müəyyənləşdirilsin, siyasi məhbuslar azadlığa buraxılsın və həbsxanalarda işgəncələrə son qoyulsun. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazlardan və rezin güllələrdən istifadə etmişdir. Fevralın 14-də Yəməndə və İranda da hökumət əleyhinə çıxışlar olmuşdur.

Digər xəbərlər