PDF Oxu

Dünya

  • 781

Şimali Qafqazda partlayışlar davam edir

Şimali Qafqazda partlayışlar davam edir
RİA "Novosti" informasiya agentliyinin Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Şimali Qafqaz regional komandanı səlahiyyətlərini icra edən Sergey Kornyuşinə əsaslanaraq, yaydığı məlumata görə, fevralın 14-də Dağıstanın Qubden kəndində törədilən partlayışda istifadə olunan trotil ekvivalentinin miqdarı 30 kiloqaram həddində olmuşdur. Partlayışın yaratdığı çuxurun eni 1 metr 80 santimetr, dərinliyi isə 70 santimetr olmuşdur. Fevralın 14-də Qubdendə iki partlayış baş vermişdir. Axşam radələrində baş vermiş partlayış nəticəsində Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşı həlak olmuşdur. Ondan üç saat sonra ikinci partlayış baş vermişdir. Partlayışdan sonra, silahlılar milis postunu atəşə tutmuşdular. Nəticədə, ən azı 16 nəfər milis əməkdaşı və hərbi qulluqçu yaralanmışdır. Bir milis əməkdaşı həlak olmuşdur. Hər iki terror aktından sonra 27 nəfər xəstəxanaya düşmüşdür. "İTAR-TASS"-ın məlumatına görə, Qaraçay-Çərkəzin Stavropol diyarında beş silahlı məhv edilmişdir. Atışma nəticəsində 3 XTPD əməkdaşı yaralanmışdır. Qaraçay-Çərkəz Daxili İşlər Nazirliyi isə hadisə nəticəsində bir XTPD əməkdaşının həlak olduğunu, dörd nəfərin isə yaralandığını bildirmişdir.

Digər xəbərlər