PDF Oxu

Dünya

  • 878

Alban biznesmeni prezident postunu tutmaq üçün razılıq əldə edib

Alban biznesmeni prezident postunu tutmaq üçün razılıq əldə edib
"Kommersant" qəzetinin fevralın 15-də yazdığına görə, Rusiyada "Mabeteks" kompaniyasının işi ilə əlaqədar tanınan alban biznesmeni Becet Pakolli Kosovonun baş naziri Xaşim Taçi ilə danışıq apararaq respublika prezidenti postunu tutmağa hazırlaşır. Hazırda "Yeni Kosovo Uğrunda Alyans" partiyasına başçılıq edən B.Pakolli X.Taçi ilə koalisiya formalaşdırmaq haqda razılığa gəlmişdir. B.Pakolli əldə edilmiş razılığa əsasən, dörd il ərzində Kosovo prezidenti postunu tutacaqdır. Bundan başqa, alyans baş nazirin müavini və əlavə dörd nazir yeri əldə edəcəkdir. X.Taçinin başçılıq etdiyi Kosovo Demokratik Partiyası ötən ilin dekabrında keçirilən parlament seçkilərində qalib gəlsə də, baş nazir digər böyük partiya nümayəndələri ilə birlik yaratmağa müvəffəq olmamışdır. "Kommersant"ın məlumatına görə, yeni hökumətin koalisiya formalaşdırması fevralın 17-də baş tuta bilər. B.Pakolli başçılıq etdiyi "Mabeteks" kompaniyası ilə 1990-cı illərdə Rusiyada fəaliyyət göstərmişdir. Onun kompaniyası böyük sifarişlər alaraq, Kremldə yerləşən Ağ Evdə, Dövlət Dumasında və Federasiya Şurasında bərpa işləri aparmışdır. Onilliyin axırlarında isə, B.Pakolli Rusiya prezidenti Boris Yeltsinin ətrafında korrupsiya məsələsi üzrə fiqurantlardan biri hesab edilmiş, ancaq ittiham üzərindən götürülmüşdür.

Digər xəbərlər