PDF Oxu

Dünya

  • 910

Ordu misirlilərə tətil etməyi qadağan edib

Ordu misirlilərə tətil etməyi qadağan edib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, Misirin Silahlı Qüvvələrinin ali şurası küçə və meydanlarda keçirilən etiraz aksiyalarının qarşısını almağı planlaşdırır. Bununla əlaqədar yaxın vaxtlarda sərəncam veriləcəkdir. Həmkarlar ittifaqlarına və digər fəhlə birliklərinə tətil etmək, etiraz aksiyaları və nümayişlər keçirmək qadağan ediləcəkdir. Hərbçilər əhalini etiraz aksiyaları keçirməkdən çəkinməyə və işləməyə çağırırlar. Onlar vətəndaşların etiraz aksiyaları keçirmək hüququna hörmətlə yanaşdıqlarını bildirir, ancaq "xaos və qanun pozuntusu" yaradanları düz yola qayıtmağa dəvət edirlər. "Frans Press"in məlumatına görə, Misirin Silahlı Qüvvələrinin ali şurası parlamenti buraxmış və konstitusiyanın fəaliyyətini dayandırmışdır. Müvəqqəti hərbi hökumət 6 ay ərzində yeni seçkilərin keçiriləcəyini müəyyənləşdirmişdir. Bu vaxt ərzində Misirdə keçid hökuməti hakimiyyətdə olacaq. Keçid dövrü zamanı hakimiyyəti hərbi şuranın başçısı və müdafiə naziri Hüseyn Tantavi idarə edəcəkdir.

Digər xəbərlər