PDF Oxu

Dünya

  • 811

Kolumbiya prezidenti narkotikin leqallaşdırılması haqda fikirləşəcəyini bildirib

Kolumbiya prezidenti narkotikin leqallaşdırılması haqda fikirləşəcəyini bildirib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Kolumbiya prezidenti Xuan Manuel Santos bu cür addımın ölkədə cinayətkarlığın qarşısını alacağı təqdirdə, narkotiklərin leqallaşdırılması imkanına baxacağını vəd etmişdir. Prezidentin rəsmi bəyanatı "Semana" jurnalında dərc edilmişdir. "Mən istənilən gerçək sxem əleyhinə çıxmıram. Əgər narkotiklərin leqallaşdırılması ölkədə cinayətkarlığın və zorakılığın azalmasına yardım edərsə, biz bu fikri gerçəkləşdirməyə çalışacağıq" deyə Kolumbiya prezidenti bildirmişdir. Manuel Santosun fikrincə, bu cür üsulla regionda cinayətkarlığa qarşı mübarizə aparmaq müsbət nəticələr verə bilər. "Frans Press" qeyd edir ki, Santos Latın Amerikasında bu cür addım atan yeganə dövlət başçısı deyildir. Bir müddət əvvəl Meksika və Braziliya prezidentləri də bu cür bəyanatlar vermişdilər. Agentlik xatırladır ki, Kolumbiya prezidenti marixuananın Kaliforniya ştatında leqallaşdırılması haqda referendum keçirilməsinin əleyhinə çıxır. Xuan Manuel Santos Kolumbiya prezidenti postunu 2010-cu ilin yayında tutmuşdur. 2006-cı ilin iyunundan 2009-cu ilin mayınadək o, Kolumbiyanın müdafiə naziri olmuşdur.

Digər xəbərlər