PDF Oxu

Dünya

  • 575

İndoneziya radikallarının liderini dövlət çevrilişi etməkdə ittiham ediblər

İndoneziya radikallarının liderini dövlət çevrilişi etməkdə ittiham ediblər
"Cakarta Qlobe" qəzetinin yazdığı məlumata görə, 2010-cu ilin yayında həbs edilmiş İndoneziya islamçılarının lideri Əbu Bakar Bəşir Cakarta məhkəməsi qarşısında cavab verməli olmuşdur. Qəzet yazır ki, onu bir neçə epizod üzrə terrorçuluqda ittiham edirlər. İstintaq sübut etmişdir ki, Bəşir İndoneziyada islam hökuməti yaratmaq üçün mübarizə aparmışdır. Bu məqsədlə o, 2009-cu ildə öz tərəfdaşlarını ətrafına toplayıb terrorçuluq bazası yaratmağa hazırlaşmışdı. İstintaq bu düşərgənin Açex əyalətində salınacağını bəyan etmişdi. Bu məqsədlə Bəşir bir milyard İndoneziya rupisi (112 milyon dollar) toplamağa nail olmuşdur. O, bu pullara silah və hərbi sursat alacaqdı. Bəşirin günahının sübut ediləcəyi təqdirdə, onu ölüm hökmü gözləyir. Əbu Bakar Bəşir "Cemaa İslamiyyə" terrorçu qruplaşmasının lideri olmuşdur. Bu təşkilat "Əl-Qaida" terrorçuluq şəbəkəsi ilə əlaqə saxlayaraq, Cənubi-Şərqi Asiyada xilafət yaratmaq istəyirdi. BMT həmin qruplaşmanı terrorçu qruplaşması siyahısına salmışdır. Bəşirini əvvəl də həbs etmişdilər. Ancaq onun terrorçuluqda iştirakı olduğunu sübut etmək olmamışdı.

Digər xəbərlər