PDF Oxu

Dünya

  • 666

Nümayişçilər prezident sarayına çatıblar

Nümayişçilər prezident sarayına çatıblar
"Əl-Cəzirə" peyk telekanalının yaydığı məlumata görə, 2000-dək nümayişçi cümə gününə keçən gecə Qahirədə prezident sarayına doğru yürüş etmişlər. Nümayiş ilk dəfə olaraq, ciddi qorunan obyektdə keçirilmişdir. On min nəfərədək nümayişçi isə Misirin dövlət televiziyası binası qarşısında mitinq keçirir. Hər iki meydanda mitinqçilər səhərədək qalmışlar. Təhrir meydanında da mitinqçilərin fəallığı müşahidə edilir. Hüsnü Mübarəkin səlahiyyətlərinin yalnız bir hissəsini vitse-prezident Ömər Süleymana verərək, istefaya çıxmaqdan imtina etməsi barədə yenidən bəyanat verdikdən dərhal sonra Ömər Süleyman çıxış edərək Hüsnü Mübarəkin istefa verdiyini elan etdi. Təhrir meydanına yığışmış nümayişçilər ayaqqabılarını əllərində yelləyərək, "Mübarək, rədd ol!" və "Get, get" deyə qışqırmışlar. H.Mübarəkdən sonra Ö.Süleyman vətəndaşlara müraciət etmişdir. O, gəncləri öz ağıl və vicdanlarının göstərdiyi səmtə getməyə və ətraflarındakı təhlükələr haqqında düşünməyə çağırmışdır. "Röyter"in məlumatına görə, Ö.Süleyman nümayişçiləri dağılışmağa və qurub-yaratmağa çağırmışdır.

Digər xəbərlər