PDF Oxu

Dünya

  • 589

Qırğızıstanda rus yer adlarına qarşı mübarizə aparan şəxsi işdən çıxarıblar

Qırğızıstanda rus yer adlarına qarşı mübarizə aparan şəxsi işdən çıxarıblar
"Fərqanə" informasiya agentliyinin yaydığı məlumata görə, Qırğızıstanda prezident yanında dövlət dili məsələləri üzrə milli komissiyanın sədri Azimjan İbraimovu tutduğu vəzifədən azad etmişlər. Agentliyin yazdığına görə, onun respublika prezidenti Roza Otunbayeva istefaya göndərmişdir. İstefa vaxtı kimi fevralın 10 -u göstərilir. İstefanın səbəbi kimi A.İbraimovun Qırğızıstanda rus yaşayış məntəqələrinin adlarının xəritədən silinməsi təklifi ilə çıxış etməsi olmuşdur. Komissiyanın müvafiq müraciəti Qırğızıstanda nəşr edilən "Fabula" qəzetində dərc edilmişdir. Müəlliflər yazırlar ki, bir çox yaşayış məntəqələrinin adlarının qırğızlarla heç bir əlaqəsi yoxdur. Onlar Vasilyevka, Konstantinovka, Lebedinovka, Malinovka, Alekseyevka və Novo-Pokrovka kimi yer adlarının qırğız mənşəli sözlərlə əvəzlənməsini təklif etmişlər. Bu müraciət prezidentə, parlamentə və yerli hakimiyyət orqanlarına ünvanlamışlar. Komissiya yer adlarını üç il ərzində dəyişməyi nəzərdə tutmuşdu.

Digər xəbərlər