PDF Oxu

Dünya

  • 524

Angela Merkel dinc əfqanların ölümünə görə dindirilib

Angela Merkel dinc əfqanların ölümünə görə dindirilib
"Taqesşau" qəzetinin yazdığına görə, fevralın 10-da Almaniya kansleri Angela Merkel 2009-cu ilin 4 sentyabrında Qunduz yaxınlığındakı yaşayış məntəqələrinə endirilmiş aviasiya zərbələri nəticəsində öldürülmüş onlarla dinc sakinin öldürülməsi ilə əlaqədar Bundestaq Komissiyası tərəfindən hazırlanmış təhqiqat üzvləri qarşısında ifadə vermişdir. Aviasiya zərbəsi taliblərin qaçırdıqları iki yanacaq avtomobilinə endirilməli idi. Alman polkovniki Georq Klyaynın əmri ilə NATO aviasiyası Qunduz altındakı iki avtomobilə aviasiya zərbəsi endirmişdir. Sonralar məlum olmuşdur ki, yanacaq avtomobili ətrafına toplamış dinc Əfqanıstan sakinləri avtomobildən benzin götürmək istəyirmişlər. A.Merkel komissiya qarşısında çıxış edərkən demişdir ki, onlar məlum faktları gizlətməmiş və dərhal hadisə haqda rəsmi məlumat vermişdilər. Kansler 2009-cu ilin sentyabrının 5-də o vaxt Fransanın müdafiə naziri postunu tutmuş Yozef Yunqa müraciət etdiyini bildirmişdir. Onun dediyinə görə, Y.Yunq aviasiya zərbəsi nəticəsində öldürülənlərin dinc sakinlər yox, Əfqanıstan silahlıları olduğu haqda rəsmi bəyanat vermişdir. Ancaq bir müddət keçdikdən sonra Y.Yunq hadisə zamanı dinc sakinlərin də öldürüldüyünü etiraf etmişdir. Kansler demişdir ki, o, ölkə daxilində baş vermiş siyasi hadisələrin məsuliyyətini daşıyır. Bir müddət sonra Qunduz işi ilə əlaqədar Bundesverin müfəttişi Volfqanq Şnayderxan və dövlət katibi Peter Vixert öz vəzifə postları ilə vidalaşmalı olmuşlar. A.Merkel demişdir ki, o, verilən rəsmi məlumatlarla kifayətlənməli olmuşdur. Çünki ilk mənbədən məlumat əldə etmək onun imkanı xaricində idi.

Digər xəbərlər