Səudiyyə Ərəbistanı ABŞ-dan tələb edir ki, Hüsnü Mübarəki müdafiə etsin
Britaniyanın "Tayms" qəzetinin yazdığına görə, Səudiyyə Ərəbistanının kralı Abdulla ABŞ prezidenti Barak Obamadan kobud tərzdə tələb etmişdir ki, Hüsnü Mübarək rejimini müdafiə etsin. Ər-Riyad şəhəri nəşrindəki mənbənin məlumatına görə, Səudiyyə kralı ABŞ prezidentinə yanvarın 29-da telefon xətti açaraq, təklifini irəli sürmüşdür.
Abdulla demişdir ki, Misir prezidenti öz səlahiyyət müddəti başa çatana qədər prezident postunda qalmalı və yalnız bundan sonra ləyaqətlə tutduğu vəzifəni tərk etməlidir. Kral demişdir ki, H.Mübarək yalnız onun başlıca müttəfiqi yox, həm də yaxın dostudur. Söhbətinin sonunda Abdulla amerikalıların Misirə təminat verməyəcəkləri təqdirdə, onun özü məcbur olub H.Mübarəkin ünvanına ölkə büdcəsindən il ərzində 1,5 milyard dollar göndərməli olacaqdır.
Nəşrin təsdiq etdiyinə görə, ABŞ-ın Misir məsələsinə münasibətdə tərəddüdü, 1973-cü ildə dünyada neft böhranı kükrəyərkən, Ər-Riyad və Vaşinqton arasındakı münasibətlərdə güclü soyuqluqlar müşahidə edilməyə başlamışdır. "Tayms" qəzeti belə hesab edir ki, Səudiyyə monarxının narahatçılığı H.Mübarəkin devrilməsinin iki mümkün variantını doğurur. Birincisi, radikal islamçıların mövqelərinin sərtləşdirilməsi nəticəsində H.Mübarəkin devrilməsi, ikincisi isə Misir hadisələrinin krallıqda təkrarlanması ehtimalının gerçəkləşməsi. Çünki hazırda Səudiyyə Ərəbistanında bir çox krallıq tərəfdarları Qahirə inqilabına rəğbətlə yanaşmaqdadırlar. Buna görə də, kral Vaşinqtonun regionda strateji müttəfiqini dəstəkləməməsini satqınlıq kimi xarakterizə edir.
"Tayms"ın yazdığına görə, B.Obama kralın məsləhətlərinə qulaq asmamışdır. ABŞ prezidentinin rəsmi nümayəndəsi Robert Gibbsin dediyinə görə, Vaşinqton vitse-prezident Ömər Süleymanın Misir cəmiyyətinin demokratikləşməsi sahəsində kifayət qədər qəti addımlar ata bilməməsinə təəssüflə yanaşır.
Hazırda Misirdə etiraz aksiyaları davam etdirilməkdədir. Qahirənin Təhrir meydadına yığışmış nümayişçilər siyasi və iqtisadi tələblər irəli sürməkdə davam edirlər. Fevralın 11-nə H.Mübarəkin təxirə salınmadan istefa verməsi haqda yeni kütləvi etiraz aksiyası təyin etmişlər.