PDF Oxu

Dünya

  • 891

Pakistanda məktəbli paltarı geymiş kamikadze hərbi paradda partlayış törədib

Pakistanda məktəbli paltarı geymiş kamikadze hərbi paradda partlayış törədib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Pakistanın şimali-şərqində keçirilmiş hərbi paradda terror aktı törədilmiş və nəticədə 20 nəfər həlak olmuşdur. Təntənəli mərasim Hayber-Pahtuhva əyalətinin Mardan şəhərində keçirilmişdir. Məktəbli paltarı geymiş kamikadze paradın keçirildiyi yerə yaxınlaşmış və partlayıcı qurğunu işə salmışdır. Mardan polisinin məlumatına görə, həlak olanların 19 nəfəri hərbçi qulluqçular olmuşdur. İnformasiya vasitələri 26 nəfərin yaralandığını xəbər verirlər. "Ekspress Tribune" Pakistan qəzetinin məlumatına görə, terror aktı nəticəsində 27 nəfər həlak olmuş, 40 nəfər yaralanmışdır. İlkin məlumata görə, partlayışı hərbi kollecin müdavimi formasını geymiş 14 yaşlı kamikadze törətmişdir. Hələlik, heç bir terrorçu təşkilat hadisənin məsuliyyətini öz üzərinə götürməmişdir. Bir müddət əvvəl, "Taliban" hərəkatı Pakistanın şimal-şərqində hakimiyyət dairələri ilə mübarizənin fəallaşdıracaqlarını bildirirdilər.

Digər xəbərlər