PDF Oxu

Dünya

  • 714

Qorbaçov Putinin prezident postu uğrunda mübarizə aparmayacağını bildirib

Qorbaçov Putinin prezident postu uğrunda mübarizə aparmayacağını bildirib
"Sku Nyus" telekanalına müsahibə verən Mixail Qorbaçov Rusiyanın baş naziri Vladimir Putinin 2012-ci il prezident seçkilərində iştirak etməyəcəyini bəyan etmişdir. "Bəlkə o, doğrudan da, çıxıb getdi. İki prezidentlik müddəti onun üçün kifayətdir" deyə Qorbaçov bildirmişdir. Ancaq daha sonra o, ehtiyatla bu sözləri etiraf etmişdir: "Ola da bilər ki, onlar öz yerlərini dəyişdirsinlər." Söhbət V.Putinlə D.Medvedevin baş nazir-prezident yerdəyişmələrindən gedir. Bir çox KİV nümayəndələri bu ifadələrin V.Putinin 2018-ci il seçkilərində iştirakına yozmuşlar. 2012-ci il Rusiyada keçiriləcək prezident seçkilərinə müxalifətçi Mixail Kasyanov da öz münasibətini bildirmişdir: "Artıq V.Putin prezident kreslosunda əyləşmək istədiyini bəyan etmişdir. D.Medvedevin ikinci prezidentlik müddətinə namizədliyi V.Putin tərəfindən irəli sürülməyəcəkdir". Hələlik, nə iqtidarda olan prezident D.Medvedev, nə də V.Putin 2012-ci il prezident seçkilərinə öz namizədliklərini irəli sürəcəkləri haqda rəsmi bəyanat verməmişdir. Onlar rəsmi çıxışlarında dəfələrlə qeyd etmişlər ki, bu cür imkanı mümkün hesab edirlər. Prezidentin köməkçisi Arkadi Dvorkoviç D.Medvedevin 2012-ci il seçkilərində iştirak etmək istədiyini bildirmişdir.

Digər xəbərlər