PDF Oxu

Dünya

  • 886

“Müsəlman qardaşlar” Hüsnü Mübarəkdən bir həftə ərzində istefaya çıxmağı tələb ediblər

“Müsəlman qardaşlar” Hüsnü Mübarəkdən bir həftə ərzində istefaya çıxmağı tələb ediblər
Britaniyanın "Qardian" qəzetinin yazdığına görə, "Müsəlman qardaşları" islamçı hərəkatının rəhbərlərindən biri olan Essam əl-Erian belə bir bəyanat vermişdir ki, prezident Hüsnü Mübarək və onun ətrafının istefaya çıxmaları üçün bir həftə vaxtı qalmışdır. "Bu sayda kompromis mümkün deyildir. Hazırda H.Mübarəkin ətrafı öz işlərini başa çatdırmaqdadır. Onlar prezidenti rejimin rəmzi kimi qoruyurdular. Getmək üçün onlara vaxt lazımdır. Biz bir həftə vaxt veririk" deyə əl-Erian bildirmişdir. O öz dediyinə onu da əlavə etmişdir ki, H.Mübarək istefaya çıxdıqdan sonra "Müsəlman qardaşları" hərəkatı vahid hakimiyyət uğrunda mübarizə aparmayacağıq. Əl-Erian təşkilatlarının geniş parlament koalisiyasının bir hissəsi olacağını bildirir. "Təşkilatımız dinc xarakterlidir və konstitusiya müddəaları əsasında hərəkət edəcək" deyə əl-Erian bildirmişdir. Çərşənbə axşamı Misirin vitse-prezidenti Ömər Süleyman H.Mübarəkin könüllü surətdə istefaya gedəcəyi faktını təkzib etmişdir. Vitse-prezident belə hesab edir ki, yaranmış çətin vəziyyətdə dialoq aparmaq vacibdir və hər hansı başqa metod dövlət çevrilişi kimi xaraterizə ediləcəkdir. Nümayişçilər Misirin Təhrir meydanından başqa parlament binası yaxınlığında da mitinq keçirmişlər. Fevralın 7-də məlum olmuşdur ki, etiraz aksiyaları zamanı ölənlərin sayı 300 nəfərə yaxın olmuşdu.

Digər xəbərlər