PDF Oxu

Dünya

  • 847

Pribaltikada hava pisləşib

Pribaltikada hava pisləşib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, fevralın 8-də axşam Litva, Latviya və Rusiyanın Kalininqrad vilayətində hava kəskin şəkildə pisləşdiyindən 10 minlərlə əhali işıqsız qalmışdır. Havanın dəyişməsinin səbəbi güclü küləyin Atlantik okeanından nəhəng siklon gətirməsi ilə əlaqədar olmuşdur. Latviyanın Qərb hissəsinin onlarla yaşayış məntəqələri işıqsız qalmışdır. Burada küləyin sürəti saniyədə 27 metrə çatırdı. Litvanın üç rayonunda 45 min nəfərə yaxın adam elektrik işığından məhrum olmuşdu. Vəziyyət pisləşməkdə davam edir. Güclü külək ağacları kökündən çıxarıb yerə yıxır. Bu səbəbdən də yollarda güclü tıxaclar yaranır. Klaypeda limanında küləyin sürəti saniyədə 30 metrə çatır. Litvanın qonşuluğunda yerləşən Rusiyanın Kalininqrad vilayətində 50 mindən çox əhali işıqsız qalmışdır. Burada 6 transformator yarımstansiyası söndürülmüşdür. Pribaltikada elektrik enerjisində dayanmalar yarandığı bir vaxtda Moskvada və Rusiyanın Qərb vilayətində güclü qar yağmağa başlamışdır. Nəticədə Rusiya paytaxtındakı yollarda güclü tıxaclar yaranmışdır.

Digər xəbərlər