PDF Oxu

Dünya

  • 1 084

Quduzon altından keçən tunel 13 milyard dollar dəyərində olacaq

Quduzon altından keçən tunel 13 milyard dollar dəyərində olacaq
"BBC Nyus" informasiya agentliyinin yaydığı məlumata görə, Nyu-Cersi ştatı ilə Nyu-Yorkun Manhetten şəhərini birləşdirəcək dəmir yolu layihəsi üçün 13,5 milyard dollar sərf etmək lazım gələcəkdir. Quduzon çayı altından keçəcək tunelin tikintisini Demokratlar Partiyasının üç senatoru təklif etmişdir. ABŞ dəmir yolu şəbəkəsinin operatoru isə "Amtrak" kompaniyası olacaqdır. Analoji proyekti 2010-cu ilin oktyabrında Nyu-Cersi ştatının qubernatoru Kris Kristi təklif etmişdir. Ancaq bu layihə tezliklə dondurulmuşdur. Dondurulmanın səbəbi layihənin dəyərinin 8,7 milyard dollar olması idi. Yerli layihənin təşəbbüsçüləri qeyd etmişlər ki, hazırda Nyu-Cersini nəqliyyat böhranı gözləyir. Quduzon altından keçən və 100 ildir işləyən köhnə tunel əhalinin tələbatını ödəmir. 20 il ərzində sərnişin daşınmalarının miqdarı iki dəfə artacaqdır. "Amtrak" yeni layihənin 2020-ci ildə başa çatacağını ehtimal edir.

Digər xəbərlər