PDF Oxu

Dünya

  • 840

Bir qrup narazı müsəlman İndoneziyada bir şəhəri dağıtmışdır

Bir qrup narazı müsəlman İndoneziyada bir şəhəri dağıtmışdır
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, fevralın 8-də İndoneziyanın Yava adasında yerləşən Temanqqunq şəhərində kütləvi qanun pozuntusu baş vermişdir. Bir qrup müsəlman bu şəhərdə bir neçə məscid və məktəbi yandırmış və polislə qarşıdurmaya getmişdir. Etiraz aksiyası keçirənlər fevralın 7-də müsəlmanların hisslərini təhqir edərək, bidətlikdə ittiham edilərək, beş il müddətinə azadlıqdan məhrum edilən 58 yaşlı Antonius Bavenqanın onlara təhvil verilməsini hakimiyyət dairələrindən tələb etmişlər. Günahkara verilən bu cəza ölkə qanunçuluğunda ən maksimal müddət hesab edilir. Bununla belə, 1500 nəfərədək müsəlman bu cəzanı çox yüngül hesab etmişlər. Məhkəmə qərarından narazı qalan müsəlmanlar məhkəmə binasını darmadağın etdikdən sonra şəhərin digər tikililərinin dağıdılmasına başlamışlar. Nümayişçilər hadisə yerinə gəlmiş polisi daşa basmışlar. Buna cavab olaraq, hüquq-mühafizə orqanı əməkdaşları havaya atəş açmış və nümayişçilərə qarşı gözyaşardıcı qazlardan istifadə etmişlər. Antonius Bavenqan kiçik broşurlar və vərəqələr çap edib, oradakı mətnlərdə müsəlmanların müqəddəs yerlərini təhqir edən yazılarla çıxış etmişdir. O, ilk növbədə, Qara Daşın təhqiri ilə bağlı geniş yazılar dərc etdirmişdir. A.Bvenqan islam dinini qəddar din kimi xarakterizə etmişdir. 2010-cu ilin 26 oktyabrından həmin şəxs polis nəzarəti altında olmuşdur.

Digər xəbərlər