PDF Oxu

Dünya

  • 779

Misir hökuməti və müxalifəti konstitusiya islahatı keçirməyə razılıq verib

Misir hökuməti və müxalifəti konstitusiya islahatı keçirməyə razılıq verib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Misir hökuməti və müxalifət nümayəndələri arasında keçirilən danışıqlarda konstitusiya islahatı üzrə komitənin yaradılması haqda razılıq əldə edilmişdir. Agentlik bu faktı iqtidar nümayəndəsi Maqdi Radidən aldığını bildirir. M.Radinin dediyinə görə, yaradılacağı nəzərdə tutulan komitə daxilində hüquqşünslar və siyasətçilər birləşəcək və Misirin siyasi həyatına demokratiya ab-havası gətirmək üçün 2011-ci il martın əvvəllərində konstitusiya islahatları və qanun layihələri paketi hazırlayacaqdır. Danışıqlarda iqtidar tərəfdən vitse-prezident Ömər Süleyman və baş nazir Əhməd Şafik iştirak etmişdir. Müxalifət tərəfdən isə ölkədə fəaliyyət göstərən bir neçə müxalifət təşkilatı nümayəndəsi, o cümlədən, fəaliyyəti rəsmi surətdə qadağan edilmiş "Müsəlman Qardaşları" islam hərəkatı nümayəndələri iştirak etmişdir. "Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, "Müsəlman Qardaşları" hərəkatının üzvləri hakimiyyət dairələri ilə daha bir danışıq turu keçirmək fikrindədirlər. Bəzi məlumatlara görə, bu hərəkat üzvləri Hüsnü Mübarək istefaya çıxmamış danışıqlarda iştirak etmək istəmədiklərini bəyan etmişlər. Bir müddət əvvəl, ABŞ, Avropa Birliyinin bir neçə ölkəsi və Türkiyə Misirdə qısa vaxt ərzində demokratiyaya keçidin ən yaxşı təminatçısının Ömər Süleyman olduğunu bəyan etmişdilər. Misir prezidenti H.Mübarək "demokratiyaya keçidə" hazır olduğunu bildirmiş, nə özünün, nə də oğlunun prezident seçkilərində iştirak etməyəcəklərini vurğulamışdır. Bununla belə, o, keçidin qısa vaxt ərzində keçirilməsi əleyhinə çıxış edir və prezident seçkilərinin nəzərdə tutulmuş sentyabr ayında keçirilməsini təklif etmişdir. Yanvarın 25-dən Misir şəhərlərinin küçələrində çoxminli etiraz aksiyaları keçirilir və H.Mübarəkin istefası tələb edilir.

Digər xəbərlər