PDF Oxu

Dünya

  • 985

Deputat Yegiazaryan ABŞ-dan sığınacaq istəmək fikrinə düşüb

Deputat Yegiazaryan ABŞ-dan sığınacaq istəmək fikrinə düşüb
"Assoşieyted Press" informasiya agentliyinin fevralın 7-də yaydığı məlumata görə, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aşot Yegiazaryan ABŞ-dan siyasi sığınacaq istəmək fikrində olduğunu bəyan etmişdir. Bu şəxsin Rusiyada törətdiyi fırıldaqçılığa görə, axtarışı elan edilmişdir. A.Yegiazaryan 2010-ci ilin yayından Los-Ancelesdə yaşayır. O öz həyatının təhlükədə olduğunu bəyan edir və Rusiya ərazisini tərk etmək məcburiyyətində qaldığını bildirir. Onun dediyinə görə, ABŞ-da özünü tam təhlükəsiz hiss etmir. A.Yegiazaryan dekabrın 7-də qohumlarından birini Həştərxanda güllələdiklərini bildirmişdir. O, həmin şəxsin adını çəkməsə də, kütləvi informasiya vasitələri dekabrın 7-də Həştərxan şəhərində yalnız bir qətlin törədildiyini yaymışlar. Həmin şəxs "Həştərxan qaz-enerji şəbəkəsi" firmasının baş direktoru Aslan Aslanbekov olmuşdur. A.Yegiazaryanın dediyinə görə, o, Rusiyada tez-tez təhlükələrlə üzləşmişdir. Onun dediyinə görə, 2009-cu ildə onu "Moskva" mehmanxanasının rekonstruksiyasından kənarlaşdırmışlar. A.Yegiazaryan gizli telefon zəngləri aldığını və uşaqlarının başlarının kəsiləcəyi hədəsi ilə qorxuzulduğunu bildirmişdir. Rusiya Liberal-Demokrat Partiyası (RLDP) fraksiyasının üzvü A.Yegiazaryana qarşı cinayət işi 2010-cu ilin payızında başlanmışdır. İstintaq versiyasına görə, bu şəxs "Moskva" mehmanxanasının rekonstruksiyası və Rublyov şossesində yerləşən "Yevropark" ticarət mərkəzinin tikintisi zamanı həmkarlarını aldatmışdır. Deputatın bir neçə müəssisədən 1,5 milyard rubl mənimsədiyi də üzə çıxarılmış və yanvarın 31-də o, qiyabi surətdə həbs edilmişdir.

Digər xəbərlər