PDF Oxu

Dünya

  • 948

Tunisdə keçmiş iqtidar partiyasının fəaliyyəti qadağan edilib

Tunisdə keçmiş iqtidar partiyasının fəaliyyəti qadağan edilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Tunisin müvəqqəti hökuməti bazar günü, devrilmiş prezident Zin əl-Abidin Ben Əlinin lideri olduğu Konstitusiyalı Demokratik Birliyin (KDB) fəaliyyətini qadağan etmişdir. Tunisin daxili işlər naziri Fəhrat Raidinin dediyinə görə, keçmişdə iqtidarda olan KDB-nin fəaliyyəti dayandırılır, ofislərinin hamısı qapanır və üzvlərinin keçirəcəkləri tədbirlər qadağan edilir. Nazir bunu milli maraqların təmin olunması, qanunun pozulmasının qarşısının alınması kimi məqsədlərə yozmuşdur. F.Raihi hökuməti yaxın vaxtlarda bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edəcəkdir. Xatırladırıq ki, Tunis prezidenti Ben Əli 2011-ci ilin 14 yanvarında kütləvi etiraz aksiyaları nəticəsində tutduğu hakimiyyət postundan getmiş və onun yerinə müvəqqəti hökumət gəlmişdir. Rejimin dəyişməsinə baxmayaraq, bu günədək keçirilən nümayişlərdə bu və ya digər məmurun istefaya çıxması haqda şüarlar səslənmişdir. 2010-cu ilin dekabrında baş vermiş qanun pozuntusu nəticəsində 219 nəfərədək insan həlak olmuşdur. Yanvarın 19-da məlum olmuşdur ki, keçmiş Tunis prezidentinin 30 nəfərdən çox qohumu həbs edilmişdir. Onun özünün Səudiyyə Ərəbistanında gizləndiyi bildirilir.

Digər xəbərlər