PDF Oxu

Dünya

  • 1 001

ABŞ və Misir Hüsnü Mübarəkin istefa planını hazırlayır

ABŞ və Misir Hüsnü Mübarəkin istefa planını hazırlayır
"Nyu-York Tayms" qəzeti Dövlət Departamentinin və ərəb diplomatlarının yüksək vəzifəli nümayəndələrinə əsaslanaraq, yazır ki, ABŞ prenzidenti administrasiyası və Misir hökuməti nümayəndələri Hüsnü Mübarəkin istefası ilə əlaqədar plan işləyib hazırlamağa başlamışlar. Qəzet belə hesab edir ki, bu plan əsasən H.Mübarəkin istefası elan edildikdən dərhal sonra dövlətə başçılıq etmək Misir ordusunun dəstəklədiyi vitse-prezident Ömər Süleymanın başçılığı ilə keçid hökumətinə həvalə ediləcəkdir. Keçid hökuməti isə ölkədə konstitusiya islahatları aparacaq və 2011-ci ilin sentyabrında demokratik seçkilərin keçirilməsini təmin etmək üçün seçki qanunvericiliyində təkmilləşmələr aparacaqdır. Bu hökumət tərkibinə ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatların nümayəndələri daxil ediləcəkdir. Hazırda fəaliyyəti qadağan edilmiş "Müsəlman qardaşları" hərəkatına keçid hökumətində yer ayrılacaqdır. "Nyu-York Tayms" yazır ki, Misir hökumətinin yüksək vəzifəli nümayəndələrindən birinin dediyinə görə, ölkə konstitusiyası hakimiyyətin prezidentdən vitse-prezidentə ötürülməsini qadağan edir. Misir qanunçuluğuna əsasən, ölkə prezidenti istefaya çıxdıqdan sonra onun səlahiyyətləri parlament spikeri tərəfindən icra olunur. Ağ Ev nümayəndəsi Tommi Vayterin dediyinə görə, ABŞ prezidenti əmindir ki, Misir üçün hakimiyyətin dinc surətdə və qanuni yolla digər şəxsə ötürülməsinin vaxtı çatmışdır. Fevralın 3-də "ABC" telekanalına müsahibə verən H.Mübarək növbəti dəfə seçkilərdən əvvəl istefaya çıxacağını bəyan etmişdir.

Digər xəbərlər