PDF Oxu

Dünya

  • 1 291

Əlcəzair prezidenti siyasi islahatlara başlayacağını elan edib

Əlcəzair prezidenti siyasi islahatlara başlayacağını elan edib
"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, Əlcəzair prezidenti Abdel Əziz Buteflik yaxın vaxtlarda ölkədə siyasi islahatların aparılacağını bildirmişdir. Əlcəzair prezidenti 1992-ci ildə ölkədə elan edilmiş fövqəladə vəziyyətin ləğv ediləcəyini vurğulamışdır. Xatırladırıq ki, 19 il bundan əvvəl, ölkədə vətəndaş qarşıdurması yaradan islamçılar hakimiyyət başına gəlmiş və o vaxtdan ölkədə fövqəladə rejim tətbiq etmişlər. Rejimin generalları tərəfindən tətbiq edilmiş fövqəladə vəziyyət vətəndaşların hüquq və azadlıqlarını, hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin genişlənməsini məhdudlaşdırır. Əlcəzair prezidenti kütləvi nümayişlərin dinc xarakterdə keçiriləcəyi təqdirdə, qadağanın aradan götürəcəyini, nəticədə, yerli siyasi partiyalara efir vaxtı veriləcəyini bildirmişdir. Onun dediyinə görə, Əlcəzair şəhərindən başqa, ölkənin hər yerində mitinq keçirməyə icazə veriləcəkdir. Əlcəzair prezidentindən bir qədər əvvəl, Suriya prezidenti Bəşər Əsəd də ölkədə islahatların keçiriləcəyini bəyan etmişdi. Ondan bir qədər əvvəl isə iordaniya kralı II Abdallah xalqın dəstəyini qazanmayan hökuməti istefaya göndərmişdir. Yəmən prezidenti Əli Abdallah Saleh növbəti prezident seçkilərində iştirak etməyəcəyini də bəyan etmişdir. A.Buteflik 1999-cu ildən Əlcəzairdə hökumət başında durur. O, prezident postunu hərbçilərin dəstəyi ilə ələ keçirmişdir. 2008-ci ildə konstitusiyada dəyişiklik edildikdən sonra A.Buteflik yenidən prezident postuna seçilmişdir. Bundan sonra isə dövlət başçısı postuna seçilmək üzərinə məhdudlaşma qoyulmur.

Digər xəbərlər