PDF Oxu

Dünya

  • 840

Myanmada prezident seçilib

Myanmada prezident seçilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, fevralın 4-də Myanma parlamenti ölkə prezidentini seçmişdir. Bu şəxs 65 yaşlı istefada olan Tein Sein olmuşdur. Bu postdan əvvəl o, ölkənin baş naziri postunu tutumuşdur. T.Seinin namizədliyini 659 deputatdan 408-i dəstəkləmişdir. T.Sein 5 il müddətinə prezident səlahiyyətlərini icra edəcəkdir. Yeni prezident general Tan Şvenin yaxın həmkarı kimi tanınır. T.Şve Myanmanın Sülh və İnkişaf Dövlət Şurasının sədri- hərbi xuntanın lideri olmuşdur. "Frans Press"in məlumatına görə, T.Sein xuntadan olan generallara, şəxsən T.Şveyə təqdim edilmişdir. T.Sein Myanmanın siyasi dairələrində "təmizkar" adlandırılır. O,ölkə parlamentində formalaşmış, biznes-intriqalara cəlb edilsə də, lobbiçilərin təsir dairəsinə düşməmişdir. Myanma ekspertlərinin qeydinə görə, T.Sein əldəqayırma prezidentdir və o, T.Şvenin kursunu davam etdirəcəkdir. Son yarım əsr ərzində dəyişkən uğurlarla üzləşmiş hərbi xunta 2000-ci ildə Myanmada demokratik islahatlar keçirmək istəyinə düşmüşdür. Bununla əlaqədar, 2008-ci ildə Myanma konstitusiyası qəbul edilmişdir. 2010-cu ildə hərbi xuntanın başlıca üzvləri istefaya çıxmışlar. Son 20 il ərzində, ilk dəfə olaraq, ölkədə parlament seçkiləri keçirilməyə başlamışdır. Seçkilərdə T.Seinin başçılıq etdiyi Birləşmiş Həmrəylik və İnkişaf Partiyası qalib gəlmişdir.

Digər xəbərlər