PDF Oxu

Dünya

  • 941

Lujkov Rusiyanın hakimiyyət dairələrini ittiham edib

Lujkov Rusiyanın hakimiyyət dairələrini ittiham edib
"The Finansial Times" qəzetinə telefon əlaqəsi vasitəsilə müsahibə verən Moskvanın keçmiş meri Yuri Lujkov Rusiyanın hakimiyyət dairələrinin siyasi araqarışdırmada ittiham etdirmişdir. Y.Lujkovun dediyinə görə, Rusiya iqtidarı onu ölkədən qovmaq istəyir. Zatsburqun keçmiş merinin dediyinə görə, hücumlara baxmayaraq, Y.Lujkov xaricə köçmək fikrində deyil. "Mən Moskvada qalacaq və öz adımı və namusumu qorumaq uğrunda mübarizə aparacağam" deyə Y.Lujkov bildirmişdir. O, arvad və uşaqlarını görmək üçün Böyük Britaniyaya gedəcəyini, sonra isə qayıdacağını vurğulamışdır. Y.Lujkov Hesabat Palatasını paytaxt administrasiyasının büdcə vəsaitini qeyri-effektiv tərzdə sərf etməkdə ittiham etmişdir. Fevralın 2-də Hesabat Palatasını və Moskvanın yeni meri Sergey Stepaşinin onun ünvanına söylədiyi tənqidləri və guya Y.Lujkovun 230 milyard dolları xərcləməsi haqqında dediklərinə keçmiş Moskva meri bu cavabı vermişdir: "Bu, olduqca kobud rəqəmlərdir. Bu qədər böyük məbləğin, doğrudan da, itməsi sübut olunsaydı, bunu asanlıqla müəyyənləşdirmək olardı. Bu, siyasi araqarışdırmadan başqa bir şey deyil. S.Stepaşin bu cür rəqəmlərlə publikanı şok vəziyyətinə salmaq istəyir".

Digər xəbərlər