PDF Oxu

Dünya

  • 884

Yəmən paytaxtına minlərlə prezident əleyhdarı toplaşıb

Yəmən paytaxtına minlərlə prezident əleyhdarı toplaşıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Yəmənin paytaxtı Sana şəhərində çoxminli etiraz aksiyası keçirilir. Nümayişdə minlərlə adam iştirak edir ki, onların da böyük əksəriyyəti iqtidar hökuməti əleyhdarıdır. Yəməndə dövlət əleyhinə kütləvi etiraz aksiyaları Tunis və Misirdən sonra yanvarın 27-də Yəməndə başlanmışdır. Nümayişçilər 30 ildən çox dövləti idarə etmiş Əli Abdallah Salehin istefasını tələb edirlər. Abdallah Saleh fevralın 2-də mitinqçilərin tələbləri ilə razılaşaraq, növbəti prezident seçkilərində iştirak etməyəcəyini bəyan etmişdir. O, oğlunu hakimiyyətə gətirməyəcəyini də vəd etmişdir. Yəməndə növbəti prezident seçkisi 2013-cü ildə keçirilməlidir.

Digər xəbərlər