PDF Oxu

Dünya

  • 788

Ali Rada prezidentin və özünün səlahiyyət müddətini uzadıb

Ali Rada prezidentin və özünün səlahiyyət müddətini uzadıb
"UNİAN" informasiya agentliyinin yaydığı məlumata görə, Ukraynanın Ali Radası parlamentin və prezidentin səlahiyyət müddətini 4 ildən 5 ilədək uzatmaq haqda konstitusiyada ediləcək dəyişiklikləri dəstəkləmişdir. Qanun layihəsinin lehinə zalda qeydiyyatdan keçən 350 deputatın 310 nəfəri səs vermişdir. Minimum keçici səs 300 həddində olmuşdur. Konstitusiyada dəyişiklik edilməsini Regionlar Partiyasının 180, "Yuliya Timoşenko-Batkivşşina Bloku" 7, "Bizim Ukrayna - Xalq Özünümüdafiəsi" Blokunun 41, Kommunist Partiyasının 25, Xalq Partiyası (keçmiş Litvin Bloku) 20 deputatı və fraksiyadankənar 37 deputat dəstəkləmişdir. Konstitusiyada edilmiş dəyişiklik yerli özünüidarəetmə orqanlarına seçiləcək deputatların səlahiyyət müddətinin 5 il olmasını təmin edir. Ukrayna qanunçuluğuna əsasən, ölkədə növbəti parlament seçkiləri 2012-ci ilin oktyabrının son bazar günündə, prezident seçkiləri isə 2015-ci ilin martının son bazar günündə keçiriləcəkdir. Konstitusiya dəyişikliyi 2010-cu ilin noyabrında birinci oxunuşda qəbul edilmişdir. Həmin vaxt deputatların 305 nəfəri dəyişikliyin lehinə səs vermişdir.

Digər xəbərlər